Merkel Türkiyəyə gəlir - Lakin...

merkel-turkiyeye-gelir
Oxunma sayı: 2352

Almaniya kansleri Angela Merkel mayın 22-də İstanbulda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Dünya səviyyəsindəki humanitar yardım zirvəsinə qatılmaq üçün Türkiyəyə gələcək.

Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə Merkelin sözçüsü Steffen Seybert bildirib.

Onun sözlərinə görə, Merkel zirvədə çıxış edəcək və dünya liderləri ilə ikili görüşlər keçirəcək: “Lakin Almaniya kanslerinin prezident Rəcəb Tayyib Ərdoğala görüşüb-görüşməyəcəyi hələ ki, dəqiq deyil”.

Merkeli Türkiyə səfərində Xarici işlər naziri Frank-Valter Ştaynmayer və inkişaf naziri Gerd Müller müşayiət edəcək.