Merkel yəhudilər əleyhinə şüarları pislədi...

merkel-yehudiler-eleyhine-suarlari-pisledi
Oxunma sayı: 956


“Qafqazinfo”nun xəbərinə görə, məlumatı “Azadlıq” radiosu yayıb.

Merkel iyulun 23-də verdiyi  bəyanatında bildirir ki, “azadlığa və tolerantlığa hücum bizim azad və demokartik nizamımızl laxlatmaq cəhdidir”.

“Buna dözmək olmaz və dözülməyəcək”.

İyulun 22-də vitse-kansler Sigmar Gabriel bildirdi ki, İsrail hökuməti əleyhinə şüarlar olar, yəhudilər əleyhinə şüarlar qətiyyən olmaz.

Almaniya üzrə nümayişlərdə yəhudilər haqda təhqiramiz şüarlar səsləndirilir.

Eyni mənzərə Fransa, İtaliya kimi Avropa ölkələrindəki nümayişlərdə də müşahidə olunur. 

İyulun 22-də Almaniya, İtaliya və Fransa xarici işlər nazirlərinin birgə bəyanatında deyilirdi ki, “anti-semitizmə, yəhudilərə qarşı düşmənçiliyə bizim cəmiyyətlərdə yer yoxdur”.