Merkeldən İngiltərəyə xəbərdarlıq - “Bunun bir qarşılığı var”

merkelden-ingiltereye-xeberdarliq
Oxunma sayı: 643

Almaniya kansleri Angela Merkel İngiltərənin “Brexit” prosesi ilə bağlı danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kansler İngiltərənin Avropa İttifaqından (Aİ) çıxmaq istəməsinin mənfi nəticələrinin ola biləcəyinə işarə edib:

“İngiltərə önəmli partnyorumuzdur. Ancaq “Brexit”in bir qarşılığı olacaq. Məqsədimiz həm Avropa İttifaqındakı ingilis, həm də İngiltərədəki Aİ vətəndaşları üçün təhlükəsiz mühit yaratmaqdır”.

Xatırladaq ki, İngiltərədə 2016-cı ilin iyununda keçirilən referendumda seçicilərin 51,9 faizi Aİ-dən çıxmağa səs verib. Bundan sonra Aİ və İngiltərə arasında iki illik müzakirə prosesinə start verilib. Yekun qərar 2018-ci ildə açıqlanacaq.