Merkeldən ölkəsi ilə bağlı qorxulu proqnoz

merkelden-olkesi-ile-bagli-qorxulu-proqnoz
Oxunma sayı: 5115

Almaniya kansleri Angela Merkel ölkə əhalisinin 60-70%-nin koronavirusa yoluxacağını hesab edir.

“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, Merkel bu barədə kansler Xristian Birliyi Partiyasının iclasında deyib.

 “Hazırda çoxumuzun bilmədiyi vəziyyətdəyik. Əlimizdəki məlumatlara ciddi yanaşmalıyıq. Əhalinin 60-70%-ni, təxminən 53 milyon nəfəri təhlükə gözləyir”, - deyə Merkel çıxışında bildirib.

Qeyd edək ki, Almaniyada indiyədək 1296 nəfərdə yoluxma faktı qeydə alınıb. Dünyasını dəyişənlərin sayı isə 2 nəfərdir.