Merkeli təhqir etdilər - Donuz başı ilə

merkeli-tehqir-etdiler-
Oxunma sayı: 2232

Alman polisi ölkənin kansleri Angela Merkeli təhqir edən şəxslərin axtarışındadır.

Qafqazinfo” Life.ru-ya istinadən xəbər verir ki, naməlum şəxslər üzərində təhqiredici qeyd yazılan donuz başını kanslerin seçki dairələrindən birinə atıblar.

Heyvanın başı bu gün səhər patrul axtarışları zamanı tapılıb. Hüquq-mühafizə orqanları donuz başı ilə birgə buraxılan yazının təfərrüatlarını açıqlamasa da, bununla Merkelin imicinə ciddi zərər vurulduğunu qeyd edir.

Faktla bağlı cinayət işi başlanıb, həmin şəxslərin tapılması istiqamətində iş gedir.