Almaniya kansleri xanım Angela Merkelin avqustun 25-də Azərbaycana səfəri başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Angela Merkeli hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.
Son xəbərlər
Son Xəbərlər