Merkelin yenə halı pisləşdi - Fotolar+Video

merkelin-yene-hali-pislesdi
Oxunma sayı: 4020

Almaniya kansleri Angela Merkel Polşada Auşvits-Birkenau memorialını ziyarət edərək düşərgədə ölən 1 milyon 100 mindən çox insanın xatirəsini yad edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 65 yaşlı kansler yadetmə mərasimindən sonra bir anlıq müvazinətini itirib və səndələyib. Polşa Baş Naziri Mateuş Moravetski cəld tərpənərək Merkelin köməyinə çatıb.

Xatırladaq ki, alman kansler daha əvəvl Ukrayna prezidenti Vladimir Zelenski, Finlandiya, Danimarka, Moldova baş nazirləri ilə görüşlərində də özünü pis hiss etmiş, titrəməyə başlamışdı. Ötən gün isə Qazaxıstanın dövlət himni səslənərkən oturduğu stuldan ayağa qalxmaması Angela Merkelin səhhətində ciddi problemin olduğunu gündəmə gətirib.