“Mərkəz Lahmacun”un fəaliyyəti məhdudlaşdırıldı - Foto+Yenilənib

merkez-lahmacunun-fealiyyeti-mehdudlasdirildi
Oxunma sayı: 4725

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 61A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hilalov Sərvər Sərdar oğluna məxsus “Mərkəz Lahmacun” restoranında yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, temperatur rejiminə və saxlanma şəraitinə əməl olunmadığı aşkar olunub. 

“Qafqazinfo” xəbər verir ki, eyni zamanda, işçilərin dövri tibbi müayinədən keçirilməsinə dair sənədlər yoxlamaya təqdim edilməyib. 

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

***

“Mərkəz Lahmacun”dan “Qafqazinfo”ya bildirilib ki, restoranın fəaliyyətini dayandırması ilə bağlı yayılan informasiya doğru deyil: “Hazırda restoran fəaliyyətini davam etdirir. Sadəcə 1500 manat məbləğində cərimə tətbiq edilib. Həmin cərimə də artıq ödənilib”.