“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu gün Nərimanov rayonunda da binalarda üzlüklərin sökülməsinə başlanılıb.
Heydər Əliyev Mərkəzinin yaxınlığında, Təbriz prospektində yerləşən 9 mərtəbəli yaşayış binasında artıq üzlüklər sökülür. Məlumata görə, binalardakı üzlüklər tamamilə çıxarılacaq. Nərimanov metrostansiyası ətrafında 10 binanın üzlüklərdən təmizlənməsi planlaşdırılır. Sökülməyən digər "penoplast"lı binaları isə 24 saat polis əməkdaşları mühafizə edir.
Hazırda Təbriz küçəsi 111 və 136 ünvanlarından yerləşən binalardan söküntü fotolarını təqdim edirik.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər