Mərkəzi Amerikada Salvador sahillərində güclü zəlzələ baş verib.
“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanların gücü 5,5 bala çatıb.
Zəlzələnin episentri Santa-Tekla şəhərindən 79 kilometr cənub-qərbdə yerləşib, ocağı isə 56 kilometr dərinlikdə olub.
Son xəbərlər
Son Xəbərlər