Mərkəzi arena tamamilə “Qarabağ”ın ixtiyarında

merkezi-arena-tamamile-qarabagin-ixtiyarinda
Oxunma sayı: 1417


“Qafqazinfo” sport7.az-a istinadən xəbər verir ki, bu müqavilənin 2 ili artıq geridə qalıb. Bu müddətdə Ağdam klubu yalnız oyuna görə icarə haqqı ödəyirdi. Qarşıdakı 3 ildə isə vəziyyət başqa cür olacaq. Yəni, 2018-ci ilə kimi Respublika stadionunun bütün işçilərinin əmək haqqını məhz "Qarabağ" verəcək. Bu isə imkan verəcək ki, ağdamlılar stadionun bütün xidmətlərindən istifadə etsin. 

Bundan başqa, bundan sonra Respublika stadionunun xidmətindən istifadə etmək istəyən klublar daha stadion rəhbərliyi ilə yox, məhz "Qarabağ" rəhbərliyi ilə danışıqlar aparmalı olacaq.