Mərkəzi Asiyanın ən hündür göydələni belə olacaq - Video

merkezi-asiyanin-en-hundur-goydeleni-bele-olacaq
Oxunma sayı: 2317

Özbəkistanın Daşkənd şəhərində gələcəkdə Mərkəzi Asiyanın ən hündür göydələninə çevriləcək binanın maketi təqdim edilib.

“Qafqazinfo” “Sputnik Özbəkistan”a istinadən xəbər verir ki, obyekt hazırda tikintisi davam etdirilən “Tashkent-City” ərazisində yerləşəcək. 50 mərtəbədən ibarət olacaq binanın hündürlüyü 215 metr təşkil edəcək.

“Tashkent-City” özündə yaşayış evləri, biznes mərkəzləri, konsert zalı, otel və əyləncə komplekslərini birləşdirəcək. Tikinti işlərinin dörd il ərzində başa çatdırılması nəzərdə tutulub.