Bu gün Azərbaycanın Mərkəzi Bankı yaranmağının 25 illiyini qeyd edir.
“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 11 fevral tarixli Fərmanı ilə Dövlət Bankının, keçmiş SSRİ Sənaye-Tikinti Bankının, SSRİ Aqrar-Sənaye Bankının bazasında yaradılıb.
1992-ci ildə, 1996-cı ildə və nəhayət 2004-cü ildə qəbul edilən "Azərbaycan Respublikası Milli Bankı haqqında" qanunlar müstəqil Azərbaycan dövlətinin mərkəzi bankının hüquqi statusunu və səlahiyyətlərini təsbit edib, möhkəmləndirib və inkişaf etdirib.
18 mart 2009-cu il tarixli ümumxalq referendumunun nəticəsinə əsasən bankın adı (“Azərbaycan Respublikasının Milli Bankı”) dəyişdirilərək "Azərbaycan Respublikasının Mərkəzi Bankı" adlandırılıb.
Mərkəzi Bankın ilk sədri Azərbaycan SSRİ-nin əməkdar iqtisadçısı Qalib Ağayev olub. 1992-ci ilin dekabrında Elman Rüstəmov İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.
1995-ci ilin yanvarında isə prezidentin sərəncamı ilə Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə gətirilib.
Bankın məqsəd və funksiyaları:
- dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;
-nağd pul dövriyyəsini təşkil edir;
-pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;
-manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;
-qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir;
-sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;
-hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;
-bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir;
-ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir.
Son xəbərlər
Son Xəbərlər