Mərkəzi Bank 250 milyonluq hərrac keçirəcək

merkezi-bank-250-milyonluq-herrac-kecirecek
Oxunma sayı: 821

Yanvarın 22-də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edir.