Xəbər verdiyimiz kimi, 10 aprel - 15 may tarixlərində KİV nümayəndələri üçün “Mərkəzi Bankçılıq və Maliyyə savadlılığı” mövzusunda treninq keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, treninqin sonunda seminarlarda fəal iştirak edən və keçirilən test imtahanında yüksək nəticələr göstərən jurnalistlər, həmçinin yerli televiziya və mətbuat nümayəndələri üçün Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası (MR) İdarəsinə press-tur təşkil edilib.
Press-tur zamanı KİV nümayəndələrinə muxtar respublikada sosial-iqtisadi inkişafın dinamik xarakter alması, burada bank-maliyyə institutlarının inkişafı, iqtisadi və maliyyə savadlılığının artırılması, İdarənin həyata keçirdiyi funksiyalar və muxtar respublika iqtisadiyyatı üçün İdarənin əhəmiyyəti barədə məlumat verilib.
Jurnalistlərə “Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin yerinə yetirdiyi funksiyalar və muxtar respublikada bank infrastrukturu” adlı təqdimat nümayiş olunub. Sonra jurnalistlər İdarənin struktur bölmələri, o cümlədən muxtar respublikanın bank-maliyyə infrastrukturları, eləcə də Naxçıvan şəhərində fəaliyyət göstərən kommersiya banklarının iş fəaliyyəti ilə tanış olublar.
Son xəbərlər
Son Xəbərlər