Mərkəzi Bank uçot dərəcəsini azaltdı

merkezi-bank-ucot-derecesini-azaltdi
Oxunma sayı: 2601

Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7 faizdən 6, 75 faizə endirilməsi haqda qərar qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş Bankir Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 7,25%, aşağı həddi isə 6,25% müəyyən olunub.

Günel Türksoy