Mərkəzi Bankda 250 milyonluq hərrac olacaq

merkezi-bankda-250-milyonluq-herrac-olacaq
Oxunma sayı: 796

Martın 5-də Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, hibrid hərracda 250 milyon manat məbləğində vəsaitin cəlb olunması nəzərdə tutulur. 

Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-12,99 faizdir.