Mərkəzi Bankda kadr dəyişikliyi

merkezi-bankda-kadr-deyisikliyi-
Oxunma sayı: 1685

Leyla Nəbiyeva Azərbaycan Mərkəzi Bankının (AMB) Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentinin direktoru təyin edilib.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, əvvəllər L.Nəbiyeva Prudensial siyasəti və metodologiya departamentinə rəhbərlik edib.

Sözügedən bu səlahiyyətlərin Maliyyə Bazarlarına Nəzarət Palatasına verilməsi ilə əlaqədar həmin departament ləğv edilib.

Ləğv edilmiş Maliyyə Monitorinqi Xidmətinin (Palatanın yaradılmasından sonra) rəisi Adışirin Qasımov AMB sədrinin ofisinin rəhbəri təyin edilib.

Bu vəzifələr vakant idi.