“Qafqazinfo”ya daxil olan məlumata görə,Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzinin direktoru Vüqar Əhmədov kütləvi informasiya vasitələri (KİV) nümayəndələrini salamlayaraq onları peşə bayramları münasibəti ilə təbrik edib. O, öz çıxışında Mərkəzi Bankın siyasəti və fəaliyyətinin başlıca istiqamətləri barədə məlumat verərək onun missiyasının daha da səmərəli reallaşdırılmasında, yeritdiyi pul və bank quruculuğu siyasətinin ictimaiyyət tərəfindən düzgün qavranılmasında KİV-in mühüm rolunu qeyd etməklə media institutları ilə işin daha da təkmilləşdirilməsi istiqamətində son vaxtlar Mərkəzi Bankda həyata keçirilən tədbirlərə də toxunub. Mərkəzi Bankın cəmiyyətin iqtisadi maarifləndirilməsi istiqamətində də fəal iş apardığını vurğulayan V.Əhmədov Bankın həyata keçirdiyi “Maliyyə savadlılığı” meqa-layihəsinin əhəmiyyəti barədə ətraflı məlumat verib. Görüşün sonunda milli mətbuatın yaranmasının ildönümü münasibətilə jurnalistlərə Mərkəzi Bank adından hədiyyələr təqdim edilib.
Son xəbərlər
Son Xəbərlər