Mərkəzi Bankda tədbir- - Foto

merkezi-bankda-tedbir-
Oxunma sayı: 1758


"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə ilk Avropa Oyunları beynəlxalq idman tədbiri zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması üçün bank rəhbərlərinə xüsusi tapşırıq verilərək, aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb:

* bankomat şəbəkəsinin kifayət qədər milli və xarici valyutada nağd pul vəsaitləri ilə təchiz edilməsi və həmçinin, texniki baxımdan daima işlək vəziyyətdə olmasının mütəmadi olaraq monitorinqinin aparılması;

* tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində işləyən satıcıların POS-terminallardan istifadə qaydaları barədə məlumatlandırılması;

* tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların daima işlək vəziyyətdə olması üçün monitorinqin aparılması.

Həmçinin, həyata keçiriləcək tədbirlərin koordinasiya olunması məqsədi ilə hər bir kommersiya bankında rəhbərlik səviyyəsində məsul şəxslərin ayrılması tapşırılıb.