Mərkəzi Bankdan kreditə görə özünü asanla bağlı- - Açıqlama

merkezi-bankdan-kredite-gore-ozunu-asanla-bagli-
Oxunma sayı: 4350


“Qafqazinfo” xəbər verir ki, son günlər bir sıra mətbuat orqanlarında iyulun 8-də Bərdə rayonunda baş vermiş intihar hadisəsi ilə bağlı dərc olunan yazılarda qeyd olunub ki, guya, həmin hadisədə həyatına sui-qəsd edən Elşad Vaqif oğlu Dadaşov kredit borcu olduğuna görə intihar edib.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin şəxsin hər hansı kredit təşkilatına borcu olmayıb və ümumiyyətlə, baş verən hadisənin bununla əlaqəsi yoxdur.

Mərkəzi Bank belə məlumatları yayanlara tövsiyə edir ki, bu kimi həssas sosial və mənəvi məsələlərə dair informasiyanın yayılmasından öncə onun yoxlanılmasını təmin etsinlər.