Mərkəzi Bankdan tələbləri pozan banklara - - Xəbərdarlıq

merkezi-bankdan-telebleri-pozan-banklara-
Oxunma sayı: 7224


"Qafqazinfo" "Report.az"-a istinadən xəbər verir ki, Bakı şəhərinin bir çox yerində mübadilə məntəqələri əhalidən dolları 0,85-0,90 AZN/USD məzənnəsi ilə alır. Halbuki AMB-nin tələbnaməsinə əsasən, icazə verilən marja +/-2% təşkil edir. 

Yəni, valyutanın alış-satış məzənnəsi rəsmi məzənnədən maksimum 2% ucuz və 2% baha (alış minimum 1,029 AZN/USD, satış isə maksimum 1,071 AZN/USD) ola bilər. Faktiki olaraq, paytaxtdakı valyuta mübadiləsi məntəqələri icazə verilən marjanı 7-10 dəfə aşıb və alışı rəsmi məzənnədən 14-19% aşağı qiymətlə həyata keçirir.

AMB-dən sayta bildirilib ki, tələbləri pozan banklara qarşı tədbir görüləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında "Muğan Bank" ASC-nin bir neçə filial və mübadilə məntəqəsi dolların alışını 0,85 AZN/USD məzənnəsi ilə həyata keçirib və bunu baş ofisdən aldığı rəsmi göstərişlə əsaslandırıblar.

Maraqlıdır ki, paytaxtın mərkəzində yerləşən bir sıra mübadilə məntəqələri ümumiyyətlə dolların alışını, bəzən isə satışını da dayandırıblar.