Mərkəzi Bankın iki variantı var – - Dollar problemi

merkezi-bankin-iki-varianti-var-
Oxunma sayı: 1568


“Qafqazinfo” xəbər verir ki, bunu “Bizim Yol”a açıqlamasında tanınmış hüquqşünas Əkrəm Həsənov deyib. Ə.Həsənov hesab edir ki, ola bilsin Mərkəzi Bankın özündə dollar qıtlığı yaranıb: “Burada başqa bir məsələ var. Kommersiya bankları dolları Mərkəzi Bankdan əldə edirlər. Yəni milli valyutanı sataraq, əvəzində dollar alırlar. Ola bilsin ki, indi Mərkəzi Bankın rezervlərində dollar azalıb. Əgər banklara az sayda dollar satırsa, deməli kifayət qədər ABŞ valyutası yoxudur. 

Burada Mərkəzi Bankın iki variantı var. Birincisi, dollar alqı-satqısının həcmini azaltmaq üçün növbəti devalvasiya getməlidir. İkincisi, banklara qeyri-rəsmi göstəriş verilib ki, ondan az dollar alınsın. Amma bu proses uzun çəkə  bilməz. Bunun üçün xaricdəki aktivlərini ölkəyə gətirməlidir. Çox güman ki, kassasında dollar qıtlığı yarandığına görə, ikinci varianta əl atacaq. Parlament seçkiləri öncəsi hökumətin hər hansı devalvasiyaya gedəcəyini gözləmirəm”.

“Qafqazinfo”