Mərkəzi görüş “İnter Arena”da, son çempion “Xəzər Lənkəran”a qarşı

merkezi-gorus-inter-arenada-son-cempion-xezer-lenkerana-qarsi
Oxunma sayı: 1147

Bu gün Topaz Premyer Liqasında 4-cü tura start veriləcək. “Qafqazinfo” xəbər verir ki, açılış günündə 3 qarşılaşma baş tutacaq.

Turun start fiti Gəncədə səslənəcək. “Kəpəz” AZAL-ı qonaq edəcək.

Mərkəzi görüş isə “İnter Arena”da baş tutacaq. “İnter” Avropa Liqasının qrup mərhələsinə qazanan “Qəbələ”ni qəbul edəcək.

Daha bir maraqlı görüş isə Mərdəkandakı “Dalğa Arena”da oynanılacaq. Son çempion “Qarabğ” “Xəzər Lənkəran”la üz-üzə gələcək.


Topaz Premyer Liqası
4-cü tur

12 sentyabr (şənbə)

16:00. “Kəpəz” – AZAL
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Azər Əsgərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Xəlil Xəlilov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əli Hüseynov
Gəncə şəhər stadionu

20:00. “İnter” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Gülağa Cabarov
“İnter Arena”

20:30. “Qarabağ” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Diniyev, Vüsal Qənbərov, İsgəndər Əliyev, Nail Nağıyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Rövşən Əhmədov
“Dalğa Arena”