Mərkəzi küçədə piyadanı vurub öldürdü

merkezi-kucede-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1171

Səbail rayonunun Ü.Hacıbəyli küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza avqustun 26-da saat 12 radələrində qeydə alınıb. 

Şamaxı rayon sakini N.Qədirov idarə etdiyi “Ravon” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Ağaibrahim İbrahimovu vurub və nəticədə piyada  hadisə yerində ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.