Mərkəzi oyun Həmzəzadəyə tapşırıldı

merkezi-oyun-hemzezadeye-tapsirildi
Oxunma sayı: 1235

Topaz Premyer Liqasında XXII turun oyunları üçün bütün təyinatlar açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, aprelin 7-də start götürəcək IV dövrə Elvin Əsgərovun start fiti ilə başlayacaq. O, “Kəpəz” – “Keşlə” qarşılaşmasını idarə edəcək.

İlk oyun gününün “Qarabağ” – “Səbail” qarşılaşmasında isə Ramil Diniyev ədaləti qoruyacaq.

Turun “Zirə” və “Qəbələ” arasında mərkəzi oyununu Rəvan Həmzəzadə idarə edəcək.  “Neftçi” və “Sumqayıt” arasında avrokubok baxımından böyük əhəmiyyət kəsb edən digər mərkəzi görüş isə FİFA hakimi Əliyar Ağayevə həvalə olunub.

Topaz Premyer Liqası

XXII tur

7 aprel (şənbə)

15:00. “Kəpəz” – “Keşlə”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, İsgəndər Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu

17:30. “Qarabağ” – “Səbail”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
“Azərsun Arena”

8 aprel (bazar)

16:30. “Zirə” – “Qəbələ”
Hakimlər: Rəvan Həmzəzadə, Nahid Əliyev,  Vaqif Musayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu

18:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
8-ci km qəsəbə stadionu