Mərkəzi oyunda qalib müəyyənləşmədi

merkezi-oyunda-qalib-mueyyenlesmedi
Oxunma sayı: 707

Bu gün Azərbaycan çempionatının I Divizionunda XXIV tura yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, turun mərkəzi oyununda - "Zaqatala" - "Səbail" matçında qalib müəyyənləşməyib - 1:1.

Oyunda hesabı 18-ci dəqiqədə meydan sahibləri açıblar. Cari çempionatın bombardiri olan hücumçu Orcun Balaşlı hesabına 27-ci qolu yazıb. Qonalqar matçın başa çatmasına az qalmış tarazılığı bərpa ediblər. Sonrdana meydana daxil olan hücumçu Bayram Budaqov 75-ci dəqiqədə fərqlənib.

Hesabına 51-ci xalı yazan "Səbail" turnir cədvəlində 2-ci pillədə mövqeyini möhkəmləndirib və Premyer Liqaya vəsiqəqə bir az da yaxınlaşıb. "Zaqatala" isə sona 2 tur qalmış 46 xalla 5-ci yerdədir.  

14 aprel
“Zaqatala” - “Səbail” - 1:1
Oruc Balaşlı, 18 - Bayram Budaqov, 75

“Bakılı” - “Göyəzən” - 4:0
Vüsal Səfərov, 4; Elnur Abdulov, 10; Aslan Hüseynov, 56-pen; Elvin Hacızadə, 67

“Şəmkir” - “Energetik” - 5:1
Cəmil Rəhimli, 21; Ramil Sadıqov, 26; Etibar Süleymanov, 40; Etibar Alıyev, 55-öz qapısına; Bəhruz Teymurov, 58 // Tural Məmmədzadə, 69