Mərmərə dənizində zəlzələ olub

mermere-denizinde-zelzele-olub
Oxunma sayı: 948

Martın 28-də Bakı vaxtı ilə saat 22:23-də Mərmərə dənizində zəlzələ baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ Rixter şkalası üzrə 3,5 bal gücündə, yerin 16, 1 km dərinliyində qeydə alınıb. Bu barədə Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu məlumat yayıb.

Yeraltı təkanlar Tekirdağda da hiss olunub.