Gürcüstanda keçirilən hərbi təlimlər zamanı “Qrad” tipli artilleriya qurğusundan atılan mərmi Laqodexi rayonunda azərbaycanlıların yığcam yaşadıqları Qabal kəndinə Nadir Aslanovun evinə düşüb.
“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, mərmi evin damını və divarını dağıdıb. Yanğın baş verib, ev sahibinə məxsus əşyalar və ərzaq məhsulları tam yanıb. Xoşbəxtlikdən insan tələfatı olmayıb.
Faktla bağlı araşdırma aparılır.
N. Aslanova dəyən ziyanın məbləği hesablanır. Dövlət tərəfindən ona kompensasiya veriləcəyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər