“Mersedes”i 210-la sürdü- - Video

mersedesi-210-la-surdu-
Oxunma sayı: 2769


“Qafqazinfo” avtosfer.az-a istinadən xəbər verir ki, avtomobil Azərbaycan ərazisində sürülür. Amma görüntü məhdud olduğu üçün hadisənin hansı yolda və ya hansı rayonda baş verdiyi dəqiq bilinmir.

Sürücü belə yüksək sürətlə hərəkət etməsi ilə qürrələnir, maşını tərifləməyə başlayır. Sərnişinlərdən də ona dəstək verənlər olur. Lakin sərnişinlərdən biri avtomobilin sürətinin yüksək olduğunu gördükdə sürücüdən sürəti azaltmağı xahiş edir. Sürücü onu eşitmədən yoluna davam etdikdə isə sərnişin “oğlunun canına and verirəm, yavaş sür” deyir. Yalnız bundan sonra sürücü sürəti azaldır. Maraqlıdır ki, sərnişinlərdən biri sürücüyə “müəllim” deyə müraciət edir.

Qeyd edək ki, Azərbaycan yollarında qanunla icazə verilən maksimum sürət həddi 110 km/saatdır.