Mertin qolu çempionatın ən yaxşısı seçildi

mertin-qolu-cempionatin-en-yaxsisi-secildi
Oxunma sayı: 7706

AÇ-2024-ün futbolsevərlər tərəfindən seçilən ən yaxşı qolu açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.

Fanatlar Türkiyə millisinin müdafiəçisi Mert Müldürün qrup mərhələsinin ilk turunda Gürcüstan millisinin qapısından keçirdiyi qolu turnirin ən yaxşı qolu seçiblər.

Qeyd edək ki, həmin qarşılaşma “ay-ulduzlular”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, qitə çempionatında rəsmi olaraq İspaniya millisinin 17 yaşlı futbolçusu Lamin Yamalın yarımfinalda Fransaya vurduğu qol “ən yaxşı” seçilmişdi.

Mert Müldürün tarixə düşən fantastik qolunu təqdim edirik: