Məryəmə daha bir zərbə

meryeme-daha-bir-zerbe
Oxunma sayı: 3939

Məşhur aktrisa Məryəm Uzerlinin reklam filmində rol almaq üçün imzaladığı müqavilə ləğv olunub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, daha əvvəl reklam kampaniyasında Tolga Çeviklə çalışan marka Uzerli ilə 2,5 milyon lirəyə razılaşıb.

Ancaq Uzerlinin alacağı büdcənin təsdiqi markanın idarə heyətində narazılıqla qarşılanıb, qəbul olunmayıb. Bu səbədən iyun ayında çəkilişlərinə başlanması planlaşdırılan reklamlarda məşhur aktrisa rol almayacaq.

“Gecənin Kraliçası” serialı ilə uğur qazanmayan Məryəm siması olduğu şampun firması ilə müqaviləsi də ləğv olunub.