Mesajla məlumatlandırılan vergi ödəyicilərinin sayı 3,2 dəfə artıb

mesajla-melumatlandirilan-vergi-odeyicilerinin-sayi-32-defe-artib
Oxunma sayı: 655

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (31,6%), hesabatlar və onların doldurulma qaydaları (5,7%), vergi növləri (15,5%), qeydiyyat (18,5%), büdcə, vergi ödəyiciləri və vergi orqanının rekvizitləri (10,2%) barədə məlumat əldə etmək istəyiblər.

Vergi ödəyicilərindən daxil olan sualların 97%-nə müfəttiş-operatorlar dərhal, 3%-nə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab veriblər. Sualların 84,3%-i Bakı şəhərindən, 10,6%-i mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub.

Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 45 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.

2012-ci ilin I yarımilliyində isə Nazirliyin Telefon Məlumat Xidmətinə daxil olmuş 142 573 müraciət, o cümlədən müfəttiş operatorlar tərəfindən canlı rejimdə 73 571, avtomatik rejimdə elektron operator tərəfindən 69 002 müraciət cavablandırılıb, mesaj xidməti vasitəsilə 240 346 halda vergi ödəyiciləri məlumatlandırılıb. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 26,2%, mesaj xidməti vasitəsilə məlumatlandırılan vergi ödəyicilərinin sayı isə 3,2 dəfə artıb.

Hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (27,9%), hesabatlar və onların doldurulma qaydaları (16,5%), vergi növləri (14,3%), qeydiyyat (14,6%), büdcə, vergi ödəyiciləri və vergi orqanının rekvizitləri (8,4%), vergi ödəyicilərinə göndərilmiş mesajlar (3,6%) barədə məlumat əldə etmək istəyiblər.
Vergi ödəyicilərindən daxil olan sualların 98,8%-nə müfəttiş-operatorlar dərhal, 1,2%-nə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab veriblər.
Sualların 84,7%-i Bakı şəhərindən, 11,1%-i mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub.
Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 281 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.

Nigar Məmmədli