“Qafqazinfo” hürriyet-ə istinadən xəbər verir ki, insident Nazran şəhərindəki məsciddə baş verib.
Sufilərlə sələfilərin bir arada olduğu cümə namazında anlaşılmazlıq olub. Sufi imam İsa Kamkoev dini ayinləri oxuyan zaman təhriflərə yol verib. Bu isə sələfilərin xoşuna gəlməyib, dini ayinləri düzgün oxumadığını bildiriblər. Namaz əsnasında edilən müzakirə dava ilə əvəzlənib. Hadisə yerinə polis çağrılıb, dava güclə aradan qaldırılıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Son xəbərlər
Son Xəbərlər