“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, Esentepe məscidində camaatın şam namazı qıldığı zaman qızdırıcı qazan partlayıb. Partlayışda məsciddə namaz qılanlardan bir nəfər dünyasını dəyişib, 3 nəfər isə yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
Yaralılar ilk tibbi yardım göstərildikdən sonra xəstəxanalara göndərililər. Həyatını itirən Mustafa Sarıkanın cəsədi isə prokurorluğun araşdırmasından sonra morqa göndərilib.
Polis partlayışla bağlı araşdırmalara başlayıb.
Son xəbərlər
Son Xəbərlər