“Qafqazinfo”nun məlumatına görə, Əl-Qaidə əlaqəli Nusra Cəbhəsinin ən az 25 üzvün öldüyü bildirilib.
Suriya İnsan Hüquqları Mərkəzi açıqlamasında Əl-Qaidə əlaqəli Nusra Cəbhəsi üzvləri dünən iftar üçün Suriyanın şimal-qərbində olan Ariha şəhərindəki Salem Məscidinə gedib. Bu sırada meydana gələn partlayışda Nusra Cəbhəsinə üzv olan 25 nəfər həyatını itirib.
Müxalifət yönlü saytlar isə ölü sayının 40-dan çox olduğunu idda edib.
Digər tərəfdən partlayışı heç bir təşkilat öz üzərinə götürməyib. Nusra Cəbhəsi isə hücumdan İŞİD-i günahkar çıxarıb.
Qeyd edək ki, Türkiyə sərhədinə 55 km uzaqlıqdakı İdlib şəhəri mart ayında Nusra Cəbhəsi ələ keçirmişdi.
Son xəbərlər
Son Xəbərlər