Məsciddən oğurluq edilib

mescidden-ogurluq-edilib
Oxunma sayı: 1009

Binəqədi rayonunda məsciddən oğurluq edilib.

Qafqazinfo”nun verdiyi xəbərə görə, məsciddə namaz qılan şəxsin pulu oğurlanıb. Rayonun M.Kazımovski küçəsində yerləşən məscidə gələn Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Yadigar Əzizov pencəyini asılqandan asıb dəstəmaz aldıqdan sonra namaz qılmağa başlayıb. Onun namaz qıldığı zaman pencəyinin cibindən 350 manat oğurlanıb. Araşdırma aparılır.

Murad Əhməd