Məscidə 10,69 milyon vəsait

mescide-1069-milyon-vesait-
Oxunma sayı: 724

"Qafqazinfo"nun xəbər agentliyi olan "BaltInfo"ya istinadən əldə etdiyi məlumatda bildirilir ki, keçiriliən hərrac zamanı layihə 10,69 milyon rubl dəyərində qiymətləndirilib.
Sankt-Peterburq Cümə məscidi Səmərqənd və Qahirə memarlıq məktəblərinin stilizə edilmiş formasında tikilib. Məscidin uzunluğu 45 metr, eni isə 32 metrdir.
Məscid Buxara əmiri Seyid Əbdul Əhəd xan və tatar iş adamlarının vəsaiti hesabına tikilib. İnşasına 1909-ci ildə başlanan məscidin tikintisi 1920-ci ildə başa çatdırılıb.
1927-1930 və 1940-1956 illərdə məscid sovetlər tərəfindən müsadirə olunub, 1956-cı ildə yenidən dindarlara qaytarıllıb.
Məscddə ibadət zalı ilə yanaşı, İslam dinin əsalarını öyrədən mədrəsə, ərəb və tatar dili kursları da fəaliyyət göstərir.