İstanbulun Pendik bölgəsində Fatih Kaynarca məscidinə axşam namazı vaxtı naməlum şəxs hücum edib.
“Qafqazinfo” Show Tv-yə istinadən xəbər verir ki, həmin şəxs içəri girən kimi uşaqları döyməyə başlayıb.
Qarşısına keçən uşaqlara sillə-təpik vurmağa başlayan şəxsə digər şəxslər müdaxilə etməyə çalışıb. Bəzi uşaqlara xəsarət yetirən həmin adam məsciddən qaçıb.
Onun hansı səbəbdən uşaqlara hücum etdiyi bilinmir.
Hazırda məscidə namaz qılmağa gələnlər həmin şəxsin tapılaraq cəzalandırılmasını istəyirlər.
Fərid Ədalət
Son xəbərlər
Son Xəbərlər