İsrailin “Məscidi-Əqsa”nın altında qazıntılar aparması məscidin bünövrəsinə zərər verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qüds Ali İslam Heyyətinin rəhbəri Şeyx İkrimə Sabri məlumat verib.
Onun sözlərinə görə, qazıntılar davam edərsə, məscidin uçmaq ehtimalı var.
Ş.Sabri bildirib ki, sinoist rejim YUNESKO-nun qazıntı işləri bağlı qurduğu komissiyanın araşdırma aparmasına icazə vermir:
“Heç bir beynəlxalq işçi qrupu orada qazıntıları araşdıra bilmir. Əgər İsrail heç nə etmədiyini iddia edirsə, onda niyə beynəlxalq araşdırmaçıları ora buraxmır?”
Son xəbərlər
Son Xəbərlər