İsrailin “Kanal 2” kanalı “Məscidi-Əqsa”da quraşdırılmış metal detektorların bu axşamdan etibarən götürüləcəyəni iddia edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yoxlamalar bundan sonra əl detektorları ilə aparılacaq.
Məsələ ilə bağlı hələlik İsraildən rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, 14 iyulda “Məscidi-Əqsa”da atışma çıxmış, 3 fələstinli və 2 İsrail polisi ölmüşdü.
Hadisədən sonra “Məscidi-Əqsa”ya girişə qadağa qoyan İsrail polisi məscidin yaxınlığında metal detektorlar quraşdırmışdı. Buna etiraz edən fələstinlilər bir neçə gündür aksiyalar keçirir, detektorların götürülməsini tələb edirlər.
Aksiyaya sərt müdaxilə edən İsrail polisi 3 nəfəri öldürmüş, 150-dən çox vətəndaşı isə yaralamışdı.
Son xəbərlər
Son Xəbərlər