“Məscidi-Əqsa”nın girişindəki metal detektorlar götürüldü

mescidi-eqsanin-girisindeki-metal-detektorlar-goturuldu
Oxunma sayı: 759

16 iyuldan etibarən İsrailin Qüdsdəki “Məscidi-Əqsa”nın girişinə quraşdırdığı metal detektorlar bu gün götürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, fələstinlilərin kütləvi etirazları, bir sıra ölkələrin və beynəlxalq qurumların təzyiqlərindən sonra İsrail rəhbərliyi geri addım atmaq məcburiyyətində qalıb.

Məlumata görə, İsrail polisi metal detektorların əvəzinə başqa təhlükəsizlik sistemi qurmaq niyyətindədir. Sistemin 6 ay ərzində hazırlanması nəzərdə tutulub. Bunun üçün təxminən 28 milyon dollar xərclənəcəyi bildirilir.

Qeyd edək ki, 14 iyulda “Məscidi-Əqsa”da atışma olmuş, 3 fələstinli və 2 İsrail polisi ölmüşdü. Hadisədən sonra müsəlmanların “Məscidi-Əqsa”ya girişinə qadağa qoyulmuşdu.

Növbəti günlərdə aksiya keçirən fələstinlilərə qarşı sərt müdaxilə edilib və yüzlərlə vətəndaş yaralanıb.