“Bu gün bütün məscidlərimizdə Xocalı faciəsi yad edilib, namazlar qılınıb, dualar edilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
“Demək olar ki, bu bəşəriyyət üçün böyük bir fəlakət idi, insanlığa qarşı olan bir fəlakət idi. Biz bu faciəni heç vaxt yaddan çıxarmırıq. Dünya ictimaiyyətinə bu hadisə ilə bağlı müraciətlər etmişik. İnanıram ki, dünya ictimaiyyəti bundan dərs götürəcək və bu kimi faciəli hadisələr bir daha baş verməyəcək”, - QMİ sədri əlavə edib.

Son xəbərlər
Son Xəbərlər