Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
“Qafqazinfo” xəbər verir ki, DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, iyulun 4-də Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qusar rayon Zuxur kəndinin ərazisində olan meşəlik ərazidə kənd sakini İskəndər Sərkərov xüsusi aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə kollarına qulluq edən zaman saxlanılıb. Hal şahidlərinin iştirakı ilə sahəyə baxış zamanı oradan hündürlüyü 16-65 sm olan kultivasiya yolu ilə yetişdirilmiş 60 ədəd çətənə kolları aşkar edərək götürülüb.
Dindirilmə zamanı həmin şəxs meşəlik ərazidə narkotik vasitələri orada əkib becərdiyini və şəxsi istifadəsi üçün qulluq etdiyini bildirib.


Son xəbərlər
Son Xəbərlər