Meşə yanğınlarına görə nazir istefa verdi

mese-yanginlarina-gore-nazir-istefa-verdi
Oxunma sayı: 1531

Yunanıstanın mülki müdafiə naziri Nikos Toskas Afina yaxınlığında baş vermiş meşə yanğınlarına görə istefa edib.

“Qafqazinfo”nun xarici mediaya istinadən məlumatına görə, nazir 90-dan çox insanın dünyasını dəyişdiyi hadisədən sonra belə bir addımı atmaq qərarına gəlib. Yunanıstanın Nazirlər Kabinetindən verilən açıqlamaya görə, baş nazir Aleksis Çipras Toskasın istefasını qəbul edib: “Baş nazir Toskasın istefasını qəbul etdi və ötən illərdəki xidmətlərinə görə ona təşəkkürünü bildirdi”.

Nikos Toskas istefası ilə bağlı “Əvvəldən söylədiyim kimi, baş vermiş təbii fəlakət nəticəsində xeyli sayda vətəndaşın ölümü vəzifəmə davam etmək istəyimi bitirdi” deyib.