Meşəbəyini vurdular

mesebeyini-vurdular
Oxunma sayı: 646

Göygöl rayon polis şöbəsindən Trend-ə verilən məlumata görə, fevralın 14-də Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Zurnabad meşəbəyliyinin 4 saylı meşə dolayısında meşə gözətçisi işləyən 1977-ci il təvəllüdlü Əhmədov Cəfər Həsən oğluna həmkəndlisi Əliyev Knyaz Samir oğlu xəsarət yetirib.

Məlumata görə, Əliyev meşədə icazəsiz ağac kəsmək istəyərkən meşəbəyi ona icazə verməyib və aralarında yaranan mübahisə zamanı o, Əhmədova balta ilə gözündən xəsarət yetirib.

Meşəbəyi Göygöl rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göygöl rayon prokurorunun köməkçisi Vasif Süleymanov tərəfindən araşdırma aparılır.