Meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

mesede-cetene-kolu-yetisdiren-sexs-tutuldu
Oxunma sayı: 2255

Balakəndə meşədə çətənə kolu yetişdirən şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, saxlanılan rayon sakini, 38 yaşlı Qurban Həsənovun meşə massivində əkib-becərdiyi 65 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik tərtkibli bitkiləri bir müddət əvvəl əkdiyini və aqrotexniki qulluq göstərdiyini bildirib. 

Keçirilən digər tədbir zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə 6 dəfə məhkum olunmuş Qəhrəman Qəhrəmanov saxlanılıb. Onun üzərindən və yaşadığı ünvandan marixuana aşkar olunub. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.