Şabran rayonunda meşə massivində meyit tapılıb.
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Xəlfələr kəndində aşkar edilən cəsədin 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olduğu bildirilir.
Həmin şəxs fevral ayının 26-dan itkin düşən şəxs kimi qeydiyyatda olub. İlkin ehtimala görə, E. Əzimov yıxılaraq aldığı xəsarətdən dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər