Meşədə meyiti tapılan qadının kimliyi bilindi

mesede-meyiti-tapilan-qadinin-kimliyi-bilindi
Oxunma sayı: 4375

Şabran rayonunda dünən axşam saatlarında meşədə tapılan qadın meyitinin kimə məxsus olduğu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, cəsəd Ağalıq kəndi ərazisindən keçən magistral yoldan xeyli içəridə meşə massivində aşkarlanıb.

Aparılan ilkin araşdırmalar nəticəsində onun Şabran rayon sakini, 42 yaşlı Sevda  Vaqif qızı Xudiyeva olduğu müəyyənləşib.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

Emin Kərimov

Həmçinin oxuyun: Şabranda meşədə qadın meyiti tapıldı - Video