Meşədə ölən 18 yaşlı oğlanı qohumları atıb qaçdı

mesede-olen-18-yasli-oglani-qohumlari-atib-qacdi
Oxunma sayı: 4103

Martın 3-də Şabran RPŞ-nə rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə tapılan gəncin elektrik vurması nəticəsində öldüyü məlum olub.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Şabran RPŞ-in və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən keçirilmiş istintaq əməliyyat tədbirləri ilə 2000-ci il təvəllüdlü Elton Əzimovun elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyənləşib.

Elton Əzimov yaxın qohumları Bəxtiyar Əzimov və Tərlan Əzimov ilə birlikdə qabaqcadan əlbir olaraq kustar üsulla hazırladıqları kəsici alətlə kənd ərazisindən keçən yüksək gərginlikli elektrik naqillərini kəsən zaman ehtiyatsızlıq nəticəsində elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qohumları E.Əzimovun öldüyünü görərək onu meşəlik ərazidə atıb gediblər.

Keçirilmiş tədbirlərlə hər iki şəxs polis tərəfindən tutularaq istintaqa təhvil verilib və rayon məhkəməsi tərəfindən barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.